Məhkəmə qarşısında qanlı olay

Tərtər rayonun Məhkəməsinin qarşısında qətl hadisəsi baş verib.

XALQ.AZ xəbər verir ki, Anar Əliyev münaqişə zəminində  həyat yoldaşı Arzu Əliyevanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən vəfat edib. 

Məlumata görə, hadisədən əvvəl cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.Tərtər Rayon Məhkəməsində bu gün boşanma iddiası üzrə növbəti məhkəmə iclası keçirilib. Hadisə də İclasdan sonra olub.

Faktla bağlı araşdrıma  aparılır.