Səfirliyimizə hücumla bağlı İrandan AÇIQLAMA

Ölkənin yüksək səviyyəli siyasi, təhlükəsizik və ədliyyə rəsmilərinin vurğuladıqları kimi Azərbaycanın Tehrandakı səfirliyinə hücumun araşdırılması diqqət mərkəzində olub.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.

O qeyd edib ki, məhkəmə sistemi məsələni ciddi şəkildə izləyib və yaxşı nəticələr əldə edib.

Xatırladaq ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olunub. Hücum nəticəsində Azərbaycan səfirliyinin bir əməkdaşı şəhid olub, iki əməkdaş isə yaralanıb.