Məhkəmə “You-Tube” barədə qərar verdi

You

Ankara 4-cü İdarə məhkəməsi video paylaşımı portalı “You-Tube”a Türkiyədə məhdudiyyət qoyulması barədə icranın dayandırılmasını tələb edən qərar qəbul edib.

Xalq.az-ın xəbərinə görə, “You-Tube”un vəkili Gönenç Gürkaynak artıq 40 günə yaxındır ölkədə portala məhdudiyyət qoyulması ilə əlaqədar məhkəməyə müraciət etmişdi.

Ankara məhkəməsinin qərarı ilə “You-Tube”a qoyulan məhdudiyyətin ləğv olumnması mümkün olacaq.

Telekommunikasiya və Rabitə Nazirliyinin isə bu qərar qarşısında ata biləcəyi iki addım var. Nazirlik portala qoyulan qadağanı ləğv edə bilər və ya Ankara məhkəməsinin qərarına etiraz edə bilər.

Nazirlik bu qərara etiraz edəcəyi təqdirdə “You-Tube” bu iddialarla Konstitusiya məhkəməsinə müracit edə bilər.

Xatırladaq ki, martın 27-də Türkiyə Xarici İşlər Nazirliyindəki məxfi danışıqların “You-Tube”da yayılmasından sonra Gölbaşı “Sülh Cəza” məhkəməsinin qərarı ilə Telekommunikasiya və Rabitə Nazirliyi (TİB) bu portalın istifadəsinə məhdudiyyət qoymuşdu.