Məhkəmə Zahir Əzəmətlə bağlı qərar verdi

Sumqayıt Apellyasiya Məhkəməsi MSK-nın 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Rəhimov Zahirin (Zahir Əzəmət) namizədliyinin qeydə alınmaması ilə bağlı qərarını qüvvədə saxlayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Zahir Əzəmət özü məlumat yayıb.

O bildirib ki, bundan sonra Ali Məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin namizədliyini qeydə almaqdan imtina etmişdi.

MSK da DSK-nın qərarını qüvvədə saxlamışdı.