Məktəblər bu tarixdə açılır

Məktəblərə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

XALQ.AZ xəbər verir ki, bunu Nazirlər Kabibeti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, detallar barədə növbəti həftə ərzində Təhsil Nazirliyi tərədindən brifinq keçiriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib və bu qərara əsasən aprel ayında məktəblərin açılması gözlənilir.