Məktəblilərin qış tətili başa çatdı

Azərbaycanda məktəblilərin 5 günlük qış tətili başa çatıb.
XALQ.AZ xəbər verir ki, bu gündən məktəblərdə dərslər başlayıb.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər nəzərdə tutulub. Məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Orxan