Məleykə Əsədovaya Türkiyədən təklif gəldi

8
Xalq artisti Məleykə Əsədova Türkiyəyə işgüzar səfərə gedib.

Xalq.az  məlumatına görə, aktrisa bu haqda “Lider” telekanalında yayımlanan “Mixmaqazin” verilişinə açıqlamasında deyib. M.Əsədova oradan iş təklifi aldığını söyləyib:

“Türkiyədən yenicə qayıtmışam. İşgüzar səfər etmişdim. Orada dövlət teatrında bir tamaşada rol almaq təklifi aldım. Məşhur Yaqub Almələkin əsəri əsasında hazırlanan tamaşada oynamağım istənildi. Çox məşhur yazardır, əsərləri Amerikada, Fransada tamaşaya qoyulur. Kitabları götürdüm, oxuyub sonra cavab verəcəyəm. Məqsədim onlara Azərbaycanda da istedadlı aktrisanın olduğunu sübut etməkdir. Mən heç vaxt şou ilə gündəmə gəlməmişəm. Məni teatrdakı tamaşalarıma görə seviblər”.