Məleykə bu dəfə geyim tərzi ilə gündəmə gəldi

Xalq artisti Məleykə Əsədova bu dəfə geyim tərzi ilə gündəmə gəlib.

İstirahətdə olan sənətçi şəxsi “Instagram” hesabında yeni görüntülərini yayımlayıb. Qəbələdə dincələn Xalq artisti bu dəfə geyimi ilə diqqət çəkib.

Belə ki, adətən açıq-saçıq geyimlərə üstünlük verməyən aktrisa göbəyiaçıq geyimdə görüntülənib.

56 yaşlı Əsədovanın imici müzakirələrə səbəb olub. Onun görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib, izləyiciləri aktrisanın yaşından çox gənc göründüyünü bildiriblər. Tənqid edənlər də olub. / Sfera.az