“Məlumat verilmədən gəlib sayğacı dəyişdiriblər” – Şikayətçi

Şikayətim “Azəriqaz” İstehsalat Birliyindən və oradakı nə olduğu bəlli olmayan idarə sistemindəndir. Vətəndaş kimi tərəfimizə heç bir məlumat verilmədən gəlib sayğacı dəyişdiriblər. Sayğac dəyişilib, amma nə forma aktına imza atmışam və də kart təqdim edilib, sayğacda da cəmi də 20 kub qaz var.

Bu problemlə vətəndaş İlkin Cavadzadə üzləşib. O bildirib ki, “Azəriqaz” onu idarələrin qapısında qoyub:

“Mülkiyyətçi valideynimdi, hansı ki hazırda şəhərdə deyil. Zəng etmişəm 104 xidmətinə, deyirəm, mənə yol göstərin ki mən kartı necə əldə edim? Deyirlər, get 1-ci dərəcəli qohumluğu təsdiq edən sənədlə ASAN kommunala. ASAN xidmətə zəng edirəm deyirlər, kartı almaq üçün quraşdırma heyəti tərəfindən verilən forma 1 və 2 akt təqdim edilməlidir və notarial qaydada təsdiq edilmiş etibarnamə lazımdır. Yenidən zəng edirəm 104 xidmətinə və deyirlər ki, aktı almaq üçün mülkiyyətçi yaxınlaşmalıdır rayon qaz idarəsinə”.
İdarələrarası kommunikasiya və koordinasiya qıtlığını onsuz da hamımız bilirik. Öz istəklərinə görə gəlirlər sayğacı dəyişdirirlər, qanunsuz bir şəkildə akt təqdim etmədən, mülkiyyətçidən təsdiq imzası almadan çıxıb gedirlər və səni məcbur edirlər ki, idarə idarə gəzib sənəd yığasan. Məsələ burasındadır ki, mən özüm 28-28 növbə formatında səhər 7-dən axşam 7-yə qədər 28 gün fasiləsiz iş rejimində işləyirəm və bunların gəl-get süründürməçiliyinə normal iş saatlarında vaxt ayırmağım imkansızdır. Bu günlərdə və o boyda idarədə də bu problemi həl edə biləcək bir “açar” insan yoxdur, dedikləri də budur “biz belə işləyirik”, “20 kub qaz vermişik də””.