Məmmədyarov görüş keçirib

XALQ.AZ xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ves Miçel ilə görüşüb. XİN-dən  verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

 

Orxan