Məmmədyarov görüş keçirib

ABŞ-ın Nyu-York şəhərində xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

 

XALQ.AZ xəbər verir ki, bu barədə  XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycanla Parlamentlərarası İttifaq arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Həmçinin tərəflər Bakı Beynəlxalq Humanitar Forumunun fikir mübadiləsi və müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı gündəlikdə olan bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Orxan