Məmmədyarov görüş keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XALQ.AZ xəbər verir ki, görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olundu və siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialın mövcud olduğu vurğulandı.

Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

 

 

Orxan