Məmmədyarov Kerrinin köməkçisi ilə görüşüb

Elmar

Azərbaycanın xarici işlər nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Klark ilə də görüşüb. Görüş əsnasında H.Klark Azərbaycanın BMT İnkişaf Proqramı ailəsinin fəal və faydalı üzvlərindən biri olduğunu qeyd edərək, yaxin vaxtlarda Azərbaycana olacaq səfərinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırılıb. O, Azərbaycanı orta gəlirli inkişaf etməkdə olan ölkə kimi görməkdən, Azərbaycanın inkişaf səviyyəsindən və ölkənin beynəlxalq arenada aktiv rol oynamasından məmnunluğunu ifadə edib.

H.Klark Azərbaycanın İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində də ciddi nailiyyətlər əldə etdiyini deyərək, bu sahənin BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında strateji əməkdaşlığın gücləndirilməsində əhəmiyyətli rola malik olduğunu bildirib.