Məmmədyarov Rusiyaya gedir

Sabah Rusiya paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

XALQ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

 

Orxan