Məmurlar arxayınlaşmasınlar, həbslər davam edəcək – Açıqlama

Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.


XALQ.AZ xəbər verir ki, bu barədə açıqlama verən S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb:


“Təbii ki, araşdırma gedir. Harada ki, dəqiq məlumatlar var onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər”.