“Mən bu qanunu dəstəkləyir, səs verirəm” – Deputat

“Rəqabət məcəlləsinin məqsədi iqtisadi fəaliyyətin azad və sağlam həyata keçirilməsinin təmin edilməsidir”.

Bunu Milli Məclisin payız sessiyasının ilk iclasında Aydın Hüseynov deyib.

“Bəzən rəqabət məcəlləsi ilə bağlı qanunun niyə uzun müdət müzakirə edilib indi qəbul edilməsi soruşulur. Bunun üçün münbit şərait yaradılmalıdır. Belə qanun layihəsi vaxtında tədbiq olunur və öz effektini verəcək.

Müzakirə edərkən tez-tez digər ölkələrə istinad edirik. Lakin onu da qeyd etməliyik ki, Azərbaycanın öz iqtisadi modeli formalaşıb. Hər hansı ölkənin qanunvericiliyini birbaşa özümüzə tədbiq edə bilmərik. Başqa ölkənin qanunvericiliyini əsas tutarkən nəzərə almalıyıq ki, bütün kateqoriyalar üst üstə düşsün.

Bu qanunun tədbiq olunması iş yerlərinin azalmasına səbəb olacaqmı? Buna aydınlıq gətirilməlidir. Mən bu qanunu dəstəkləyir, səs verirəm”.