Mən səni görmək üçün, yuxu nədi – tapmıram…

 

 

39

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Ömür” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Жизнь)

Bax, ömrüm ötüb keçir,
Velosiped belində.
Dayan, məni də gözlə –
Ömrüm-günüm, axı mən
Cavabdehəm tək sənə?!.
Dayan, bir əyləci bas,
De, hara şütüyürsən?
Külək, ona sinə gər,
Bəlkə yavaşıdasan…

Bax, ömrüm ötüb keçir
Gödəkçədə, cəkmədə…
Sanki bir qəhrəmandır –
Rəssamın ağ lövhədə
qara rənglə çəkdiyi
o gözəlim əsərdə…
Ömrüm, dayan, bəri bax,
Ani olsa da belə…
Gündoğandan əriyən,
VAXTı əbədi elə…

Qürub çağını uzat
Uzat, sonsuza qədər.
Həyatım, məni gözlə
Ömrüm ötməsin hədər…
Yuxularda gəlirsən –
Mən səni görmək üçün.
Yuxu nədi – tapmıram…
qucub xəyallarını
gözü açıq qalıram…

Həyatım, səninləyəm,
Tək-tənha olanda da.
O sirli, o atəşli
iti baxışlarınla
məni ovudanda da…
Sən… təbiət kimisən –
hər fəslin yerindədir…
sirdaşlıq örnəyisən,
gözəllik… qəlbindədir..!

Ruscadan çevirəni: Mahir Qabiloğlu