Mərhum deputatın 40 mərasimi keçirilib

Bu il iyulun 14-də vəfat edən deputat Madər Musayevin 40 mərasimi keçirilib.

Mərasimdə məmurlar və tanınmış şəxslər iştirak ediblər.

Onların arasında gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Ümid partiyasının sədri İqbal Ağazadə və başqaları da olub.
Hacı Allahşükür Paşazadə ilə Abel Məhərrəmovun birlikdə lentə alınan görüntüləri maraqla qarşılanıb.
Şərhlər