Mərhum Xalq artistinin qızından təsirli paylaşım

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı paylaşım edib.

O, atasının fotosunu paylaşaraq bu sözləri yazıb: “Sən heç getmədin. Sadəcə gözlərimdən qəlbimə köçdün. Öncədən bir yerdəykən, indi baxdığım hər yerdəsən”.

Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.