Mərkəzi Klinik Xəstəxananın direktoru dəyişib

hekim

 Azərbaycanda səhiyyə sahəsində növbəti kadr dəyişikliyi aparılıb.

XALQ.AZ APA-ya istinadən xəbər verir ki, Mərkəzi Klinikaya yeni baş direktor təyin edilib və bu vəzifənin icrası Toğrul Adıgözəlova tapşırılıb.

İndiyə qədər Mərkəzi Klinik Xəstəxananın direktoru Melikşah Acuner olub. Toğrul Adıgözəlov isə “Caspian İnternational Hospital”ın direktoru vəzifəsində çalışıb.