Mərkəzi Seçki Komissiyasının yeni sədr müavini seçilib

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədr müavini seçilib.

XALQ.AZ xəbər verir ki, Komissiyanın bu gün keçirilən iclasında Rövzət Qasımovun MSK sədrinin müavini seçilməsi təklif edilib.

Təklif səsverməyə qoyularaq yekdilliklə qəbul edilib.