Mərkəzi Unvermaqda cinayət

Mum

Bakıda Mərkəzi Univermaqda brilyant qaşlı üzüklər oğurlayan şəxs tutulub.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 2-də Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda Bakı şəhər sakini Cəmilə Kərimovaya məxsus 2 ədəd brilyant qaşlı üzük oğurlanıb.

Hadisə ilə əlaqədar Baş Mühafizə İdarəsi və Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.