Məşhur Məmmədov seçicilərin problemlərini həll etdi

Milli Məclisin deputatı Məşhur Məmmədov aprel ayının son həftəsində seçicilərlə ənənəvi qəbul-görüş keçirmişdir.
XALQ.AZ xəbər verir ki, YAP-ın Masallı rayon inzibati binasında baş tutan qəbul-görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov iştirak etmişdir.
Qeyd edək ki, qəbul-görüşdə biri Şəhid ailəsi, biri Vətən Müharibəsi qazisinin atası olmaqla, 18 seçici iştirak edirdi. Aztəminatlı ailələrin çoxluq təşkil etdiyi görüşdə iştirak edən hər kəsin probleminə deputat maksimum səviyyədə dəstək göstərmiş, onların istək və qayğılarını dinləmiş, problemlərin həlli üçün əlaqədar orqanlara müvafiq müraciətlər etmişdi.
Məşhur Məmmədovun qəbul-görüşləri davam edir.