Məşhur model müqəddəs torpaqları ziyarət etdi – FOTO

2002-ci ildə Kıvanç Tatlıtuğla birlikdə “Best Model of Turkey” müsabiqəsində birinci, eyni ildə keçirilən “Best Model of the World” müsabiqəsində isə ikinci yeri tutaraq məşhurlaşan model Irmak Güneş ümrə ziyarətinə gedib.

XALQ.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

O, ziyarətə həyat yoldaşı iş adamı Metin Güneşlə birlikdə gedib. Cütlük evliliklərinin birinci ildönümündə müqəddəs torpaqları ziyarət edib. Onların yanında modelin anası Sevim Atuk da olub.

Ziyarətdən fotoları Irmak Güneşin anası sosial şəbəkə hesabında paylaşıb:

“Allah qızımla müqəddəs torpaqlara gəlib ümrə ziyarətini etməyi nəsib etdi. Şükürlər olsun”.

XALQ.AZ