Məşhur qəzəlxanın qızı acınacaqlı durumda

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və qəzəlxan Əliağa Vahidin qızı Firəngiz xanımın maddi vəziyyəti ağırdır.
Bu barədə tarzən Humay Qədimova özünün “Instagram” hesabında paylaşım edib.

O, sosial şəbəkə hesabında Firəngiz xanımla video paylaşaraq onun sosial vəziyyətinin acınacaqlı olduğunu deyib:
“Bir xalq ədəbiyyatı və mədəniyyəti ilə seçilər, kök salar, dəyərləndirilər. Əliağa Vahid Azərbaycanın poeziyasına orta əsr qəzəl üslubunu yenidən gətirməklə tanınıb. Onun yadigarı Firəngiz xanımla görüşdüm. Sosial vəziyyəti çox acınacaqlı durumdadır. Xanəndələr və meyxanaçılar, ziyarətiniz savab olar”.