Məşhur satirik yazarı 1 milyon cərimələdilər

111

Moskva məhkəməsi məşhur satirik yazar Viktor Şenderoviçi 1 milyon rubl (təxminən 30 min dollar) cərimələdi.

Onu hakim “Vahid Rusiya” partiyasından olan deputat Vladimir Vasilyev məhkəməyə vermişdi. Yazıçı Soçi olimpiadasını nasist Almaniyasındakı olimpiya oyunları ilə müqayisə etmişdi.

Şenderoviç müqayisəni öz bloqunda aparmışdı. Vasilyev buna qəti etiraz edənlərdən biri idi.

Yazar isə onu televiziya çıxışında “əclaf” adlandırmışdı. Deputat da onu şərəf və ləyaqətinin tapdanması iddiası ilə məhkəməyə vermişdi.

Şenderoviç prezident Putinin qızışdırdığı millətçi ritorikanın əleyhdarlarındandır.

Müstəqil jurnalistlər hesab edirlər ki, bu ritorika məmurlara olimpiada kimi böyük tədbirlərə milyardlarla dollar xərcləyib həmin pulların bir hissəsini mənimsəmək imkanı verir.