Məşhur terrorçu öldürüldü

39

 

ABŞ Müdafiə Nazirliyi Somalidə apardığı əməliyyatlar zamanı “Əş-Şəbab” terror təşkilatının rəhbəri Əhməd Qudanın öldürüldüyünü bəyan edib.

 

Pentaqonun sözçüsü Con Kirbinin bildirilənlərə görə, “Əş-Şəbab” lideri sentyabrın 1-də Amerika ordusunun keçirdiyi əməliyyat nəticəsində məhv edilib. Con Kirbi Əhməd Qudanın öldürülməsinin terror təşkilatı üçün ağır itki olduğunu və bundan sonra da ABŞ radikal təşkilatlara qarşı amansız mübarizə aparacağını açıqlayıb. AzVision.az