Mətanət ona söz atan Nigara: “Yerini bil”

“Eurovision 2011” qalibi Nigar Camal müğənni Mətanət Əsədovaya söz atıb.

XALQ.AZ xəbər verir ki,  Yunanıstanda dincələn Nigar və Eldar Qasımovu hovuzda çimərkən və içki içərkən aparıcı Ranar Musayev lentə alıb. Bu zaman Ranar müğənnilərə “Nə içirsiniz” sualını ünvanlayıb. Nigar isə ona “Limon suyu içirəm” cavabını verib. Hər üç məşhur gülməyə başlayıb.

Nigarın bu hərəkəti cavabsız qalmayıb. Qarşı tərəfdən verilişlərin birində olarkən cavab gəlib: “Günahsız yalnız bizim peyğəmbərlərimiz, imamlarımız olub. Heç kimin ətəyində namaz qılınmaz. Heç kim heç kimi qınamasın. Kimlərsə kimlərəsə söz atır. Ola bilər gedib haradasa ölkəmizi təmsil edəsiniz. Qurban olasınız dövlətimizə. Amma bütün günü qısa ətək geyinib, ortaya düşərək Mətanətə söz atmaq olmaz. Mətanətin oxuduğunun yüzdə birini oxuyun. İngilis dilində oxuyursuz, elə bilirsiz dünya sizindir. Yerinizi bilin. Hərə öz təbəqəsindəki müğənnilərlə dava etsin”.

Qeyd edək ki, bir müddət əvvəl M.Əsədovanın kişilərlə içki məclisində içərkən videosu yayılmışdı. Tənqid edilən Mətanət onun içki yox, limon suyu olduğunu demişdi. İfaçının bu sözlərini hər kəs ələ salmışdı.

 

 

Orxan