Mətbuat Şurası: Jurnalistlərdən hər hansı müraciət daxil olmayıb

Azərbaycan Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt”ə prosesi işıqlandıran jurnalistlərdən hər hansı müraciət daxil olmayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Mətbuat Şurasında məlumat verilib.

Qeyd edək ki, Şuranın (012) 441 35 30 şəhər və 050 206 96 02 mobil nömrələri bələdiyyə seçkiləri ilə əlaqədar bu gün saat 08.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərib. Məqsəd peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fəaliyyət səmərəliliyinin qorunmasına, hər hansı anlaşılmaz vəziyyətlər yarana biləcəyi təqdirdə, dərhal aradan qaldırılmasına dəstək göstərməkdən ibarət olub.

Bundan əlavə, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrindəki, o cümlədən paytaxt Bakı şəhərindəki seçki məntəqələrində seçkinin gedişini izləyiblər. Onlar jurnalistlər üçün yaradılmış şəraitlə tanış olublar. Bununla bağlı da hər hansı nöqsan qeydə alınmayıb.

Orxan