Məzahir Əfəndiyev: “Müxtəlif qruplaşmaların öz fəaliyyəti birgə razılaşmaya ziddir”

Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Müzəffər Azərbaycan Ordusunun və xalqımızın birliyi ilə əldə edilən möhtəşəm qələbə 2020-ci ilin 10 noyabr tarixində özündə doqquz bəndi əks etdirən üçtərəfli bəyanatın imzalanması ilə nəticələndi.

Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat qeyd edib ki,həmin bəyanata əsasən Rusiya sülhməramlılarının bölgədə fəaliyyəti məhz Azərbaycanın suverenliyinin bərpası, habelə Cənubi Qafqaz regionunda xalqların daha mehriban və təhlükəsiz yaşamaları üçün zəruri qiymətləndirilir. 11 yanvar 2021-ci il tarixində Moskva şəhərində imzalanan növbəti üçtərəfli bəyanata əsasən artıq bölgədə iqtisadi tərəfdaşlığı əhatə edən məsələlərin müzakirəsi 10 noyabr tarixində əldə olunmuş razılaşmanın çətin də olsa mümkün olması üçün tərəflər sadəcə qəbul olunan sənədə öz sadiqliyini nümayiş etdirməlidirlər.
Müxtəlif qruplaşmalar tərəfindən prosesin uğurlu icrasına xələl gətirmək istiqamətində addımlar atılsada bunun nəticəyə təsir etməyəcəyi qənaətindəyəm.Cənab Prezidentin söylədiyi kimi, “Qarabağ Azərbaycandır!”