Məzahir Əfəndiyev qazilərlə görüşdü-Fotolar

Fevral ayının 11-də 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev növbəti dəfə əraziyə səfər edib. 

XALQ.AZ məlumat verir ki, səfər çərçivəsində Göyçay rayonu ərazisində İkinci Qarabağ – Vətən Müharibəsi qazi və iştirakçıları ilə görüş keçirilib.

İlk öncə Azərbaycanın suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhları dərin ehtiramla yad edilib.


Millət vəkili İkinci Qarabağ Müharibəsi qazisi, Şuşa-Xankəndi istiqamətində döyüşmüşEmin Cəbrayılov, həmçinin müharibə iştirakçıları Kamran Həmidov, Asif Cəfərov və Seymur Əliyev ilə çaysüfrə ətrafında xoş, mehriban söhbət aparıb.

M.Əfəndiyev qeyd edib ki, “Qarabağımız Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qanı-canı bahasına, xalqımızın vəhdət təşkil edərək daim Cənab Prezidentin və mübariz Azərbaycan Ordusunun yanında olmasının hesabına azad olunub.”

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, yeni yaranmış “Qarabağın İnkişafı Fondu” və “YAŞAT”Fondunun fəaliyyəti haqqındadeputat tərəfindən məlumat verilb, hər kəsi düşündürən məsələlərə aydınlıq gətirilib. Eyni zamanda Azərbaycanın “Böyük Qayıdış”a hazırlığı, işğaldan azad olunmuş ərazilərdə müəyyən infrastrukturun yenidən yaradılması, hazırlanmış dövlət planı üzrə şəhərlərimizin, kəndlərimizin yeni çağırışlara uyğun bərpası, orada yaşayacaq vətəndaşlarımızın özünəməşğulluq proqramlarına cəlb olunmaları və quruculuğun, xalqın sosial rifahının yaxşılaşması, müzəffər Azərbaycan Ordusunun daha da təkmilləşməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin prioritet istiqamətlərindən olduğu barəsində də söhbət aparılıb.

Deputat həmçinin yeni qurulacaq “Vətən Müharibəsi” Memorial Kompleksi və “Zəfər” Muzeyi barəsində görüş iştirakçılarına məlumat verərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adlarınınxalqımızın qəlbində əbədi yaşayacağını, şəhidlərimizin qürur mənbəyi olaraq daim yaddaşımıza həkk olunacaqlarınıbildirərək şəhid, qazi ailələrinə hər zaman dəstək, onların yanında olmağın hər bir azərbaycanlının mənəvi borcu olduğunu xüsusilə qeyd edib.

Sonda M.Əfəndiyev bir olaraq mənfur düşməni məğlub etdiyimiz kimi, digər qarşıda duran problemlərin də dövlətimiz tərəfindən həll olunacağını, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etməyin vacibliyini vurğulayıb.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Müalicəsi davam edən qazilərimizə isə tezliklə sağalmaqlarını arzu edirik.