Məzahir Pənahov xanımı ilə birlikdə səs verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.

MSK sədri həyat yoldaşı ilə birlikdə 10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

Orxan