Macaristanda Heydər Əliyevin 90 iliiyi ilə əlaqədar konsert kecirilib

 

21

Budapeştdə Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli bayram konserti keçirilib

Budapeştin mərkəzindəki tarixi “Korintiya” zalında Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli bayram konserti keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin, səfirliyin və “Art Prodakşn” şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konsertdə Budapeştin “Dunay” simfonik orkestri Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət zəngin proqramla çıxış edib.

Konsertin əvvəlində iştirakçılara Heydər Əliyevin həyat yolu barədə ingilis və macar dillərində geniş məlumat verilib.

Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin dirijorluğu altında “Dunay” simfonik orkestri Niyazinin “Rast” simfonik muğamını, Qara Qarayevin “Yeddi gözəl” baletindən parçaları, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”nu ifa edib.

Vokalçılar Səidə Şərifəliyevanın və Samir Cəfərovun ifasında Azərbaycan və Avropa klassik operalarından səslənən ariyalar böyük maraqla qarşılanıb.