Mafiya lideri qızıl tabutda (FOTO)

M-1

İrlandiyada öldürülən mafiya lideri qızıldan tabutda torpağa tapşırılıb.

XALQ.AZ-ın məlumatına görə, evinin qarşısında öldürülən 45 yaşındakı mafiya lideri “kök” Endi Konnors Dublinin cənubunda dəfn edilib. Konnors 25 min funt sterlinq dəyərində tabutun içində son mənzilə yola salınıb​​.

3 milyon funt sterlinqlik malikanəsi ilə ictimaiyyətin diqqətini çəkmiş Konnors qara pulları yumaqla qazanc əldə edirdi. Onun rəqib mafiya üzvləri tərəfindən öldürüldüyü ehtimal olunur.

Konnors son günlər ölkə səviyyəsində oğurlanmış avtomobillərlə əlaqədar istintaq səbəbiylə İrlandiya polisinin gündəmində idi.

M-1

M-2

M-3