Mağaza oğrusu tutuldu

ogru

Abşeron rayonunda oğurluq faktı qeydə alınıb.

XALQ.AZ-ın məlumatına görə, hadisə rayonun Fatmayı kəndində yerləşən tikinti materialları satılan mağazalardan birində baş verib. Dərhal hadisə ilə bağlı rayon sakini Mürvət Abbasov və ona məxsus tikinti materialları mağazasındakı kassa aparatından 90 AZN pul oğurlanması barədə polisə məlumat verib.

Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini Murad Novruzov saxlanılarq şöbəyə gətirilib. İlkin dindirmələr zamanı o, törətdiyi əməli etiraf edib. Məlum olub ki, Murad Abşeron rayon sakini Namiq Əliyevə də məxsus tikinti materialları mağazasından 3000 AZN məbləğində nəğd pul oğurlayıb.

Saxlanılan şəxsin digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırlır. Bununla bağlı Abşeron Rayon Polis Şöbəsi əməliyyat axtarış işlərinə başlayıb.

Artıq faktla bağlı cinayət işi başlanılıb. Murad Novruzovun digər cinayət əməllərinin də olması istisna edilmir.