Mağazalarda istehlaka yararsız mallar aşkarlanıb

75

 

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ərzaq mağazalarında növbəti monitorinqlər keçirilib

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, monitorinqlər zamanı Sumqayıt şəhərində 9-cu mikrorayon, ev 24 ünvanında Sevil Əsgərovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların, Bakının Sabunçu rayonunda Sabunçu qəsəbəsi, ev 29 ünvanında Həyat Bəşirovaya məxsus mağazada; Binəqədi rayonunda Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 61 ünvanında Yaqub Məmmədova və Y.Hüseynov küçəsi, ev 75 ünvanında Elşən Eyvazova məxsus mağazalarda; Ə.Naxçıvani küçəsi, ev 5 ünvanında İntiqam Əliyevə məxsus mağazada; 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 83 ünvanında Afət Bayramovaya məxsus mağazada; Qaradağ rayonunda Müşfiqabad qəsəbəsi, ev 5D ünvanında Əliqulu Baxşiyevə məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların; Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, döngə 1 ünvanında Mehparə Tahirovaya məxsus mağazada; Abşeron rayonunda Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 7/11 ünvanında “Azretail” MMC-yə məxsus mağazada istehlaka yararsız olan mallar aşkarlanıb.

Xidmət əməkdaşları həmçinin Naftalan şəhərində H.Əliyev küçəsində Kamil Bədəlova məxsus mağazada; Neftçala şəhərində 5-ci məhəllədə Azər Abduləliyə məxsus mağazada; Qobustan şəhərində Samir Xankişiyevə məxsus mağazada; Şəki şəhərində S.Rəhman küçəsində Başxanım Məmmədkərimovaya məxsus mağazada; M.Rəsulzadə prospektində Vüqar Cabbarova məxsus mağazada; Masallı şəhərində H.Əliyev prospektində Cavid Babayevə məxsus mağazada; Lənkəran rayonunda Digah kəndində Kamil Abbasova məxsus mağazada; Tərtər şəhərində H.Əliyev prospektində Qərib Kərimova məxsus mağazada; Füzuli rayonunda Böyük Bəhmənli kəndində Musa İsmayılova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığını aşkarlayıblar.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.