Magistr imtahanının vaxtı açıqlandı

Magstr

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. XALQ.AZ-ın məlumatına görə, bunu
bu gün mətbuat konfransı keçirən TQDK sədri Məleykə Abbaszadə deyib.

Bakalavrlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8900 nəfəri Azərbaycan bölməsi, 1259 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər əvvəlki illərin məzunudur.

İmtahan mayın 25-də saat 13:00-da başlanacaq və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.