Mahsun Kırmızıgül Bakıya gəlir
Türkiyənin sevilən səsi Mahsun Kərməzəgül Bakıya gəlir. Xalq.az SİA -ya istinadən xəbər verir ki, bu haqda teleaparıcı, ictimai xadim Hacı Nuran Hüseynov məlumat verib.
Onun sözlərinə görə Kırmızıgül may ayının 17-18-i tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək iki günlük konsert proqramı ilə Bakıdakı pərəstişkarlarını sevindirəcək.