Makron gülüncə vəziyyətə düşdü-Foto

Fransada reklam şirkəti sahibi Mişel Anj Flori 10 min avro məbləğində cərimələnib.

Bu barədə Tulon şəhər məhkəməsi qərar qəbul edib.

62 yaşlı Flori Fransa prezidenti Emmanuel Makronun Adolf Hitlerə bənzədildiyi reklam lövhələrini yol kənarlarında yerləşdirməkdə təqsirkar bilinib. Onun bu hərəkəti dövlət başçısının təhqir edilməsi kimi dəyərləndirilib.

Qeyd edək ki, sözügedən plakatlar iyulun 19-da quraşdırılıb və Fransa ictimaiyyətində geniş əks-səda doğurub.

Mənbə: “Frans-Press”