Makronun Azərbaycan və Ermənistana səfəri gözlənilir

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir.

Bu barədə erməni teleqram kanalları məlumat yayıb.

Məlumata görə, səfər sentyabrın 9-10-a nəzərdə tutulur. Makron əvvəl Ermənistana, sonra Azərbaycana səfər edəcək.

Səfər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.