“Malayziya Azərbaycanın mühüm tərəfdaşıdır”

“Malayziya Cənub-Şərqi Asiya Millətləri Asosiasiyası (ASEAN – Assosiation of Southeast Asian Nations) məkanında və İslam dünyasında Azərbaycanın mühüm tərəfdaşlarındandır”.

XALQ.AZ xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə Malayziyanın “Bernama” dövlət televiziyasına verdiyi müsahibəsində bildirib.

O deyib: “Azərbaycanla Malayziya arasındakı ikitərəfli əməkdaşlığın hər iki xalqın mənafeyi baxımdan geniş potensialı var. Malayziya ASEAN məkanında və islam dünyasında Azərbaycanın mühüm tərəfdaşlarındandır, hər iki ölkə birgə fəaliyyət göstərərək dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad prinsiplərinə əsaslanan dialoq aparırlar”.

Nazir 2004-cü ildə iki ölkə arasında Dostluq və Əməkdaşlıq Münasibətləri Konvensiyasının imzalandığını xatırladıb.

İkitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə Malayziya, İndoneziya, Vyetnamda səfirlik açdıqlarını qeyd edən azərbaycanlı nazir Tailandda da diplomatik missiya açmaqla bağlı Milli Məclis tərəfindən müvafiq qanunun təsdiq olunduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan E.Məmmədyarov Malayziya dövlətinin buna dair mövqeyini yüksək qiymətləndirdiklərini vurğulayıb.

 

Orxan