“Mall”lar açılır

Azərbaycanda 10 iyun saat 00:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir.

Xalq.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, iri ticarət mərkəzlərinin fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar istisna olmaqla bərpa olunacaq.