Manaf Ağayevin “şilləvuranlar”ından jurnalistə təzyiq

Manaf

Məşhur müğənni Manaf Ağayevin cangüdənləri ilə jurnalist Zümrüd Güləliqızı arasında qalmaqal yaşanıb.

Jurnalistin verdiyi məlumata görə, müğəninin cangüdənləri bir neçə gün öncə məclislərin birində ona təzyiq göstəriblər: “Manaf Ağayevi bir xanımla etik qaydalara uyğun olmayan bir tərzdə gördüm və həmin anda onları mobil telefonumla çəkmək istədim. Bunu görən cangüdənləri fotoları silmək müqabilində pul təklif etdilər. Mən razılaşmadıqda cangüdənlər məni əhatəyə alaraq təzyiq göstərməyə başladılar. “Manafın “şillə vuranları” adlandırdığı şəxslər telefonumu zorla məndən aldılar, sındırmaq istəyirdilər. Daha sonra fikirlərindən daşınaraq telefondakı fotoları sildilər. Bununla kifayyətlənməyən “şilləvuranlar” məni və mənim timsalımda bütün jurnalistləri təhqir etdilər.”

Vəziyyətin gərginləşdiyini gördükdə bu xoşagəlməz mənzərəni sakitcə seyr edən Manaf Ağayevdən bəylərin kim olduğunu soruşdum. Müğənni cavab olaraq bilidirdi ki, onlar mənim şillə vuranlarımdır: “Hələ şillə vuranlarımdan biri yenicə həbsxanadan çıxıb. 13 il həbs həyatı yaşayıb. Mən onların işinə qarışa bilmərəm. Deyəsən, siz jurnalistlər indi də mənim evimi yıxmaq istəyirsiz”.

Bu hadisə ilə əlaqəli olaraq Manaf Ağayev ilə telefon bağlantısı yaratdıq. Müğənni ANS PRESS-ə açıqlamasında bildirib ki, tədbirlərdən birində jurnalist xanım onu dayanmadan telefonunun kamerasına görüntüləyib. O, da buna qarşı çıxaraq dostlarına deyib ki, telefonunu alıb şəkilləri silsinlər.

“Qadına əl qaldırmaq, kobud davranmaq bir kişiyə yaraşmayan haldır. Orada heç bir “şilləvuran” söhbəti olmayıb, onlar mənim dostlarımdır. Zümrüd xanıma qarşı da, heç kim kobud davranmayıb. Tədbirdir, kimsə gəlib qulağıma söz deyir, jurnalist də dayanmadan çəkir, bunlar məni narahat edirdi” – deyərək Manaf Ağayev hadisə ilə əlaqədar olaraq açıqlama verib.