Manat həftəyə belə başladı

Azərbaycan Mərkəzi Bankı 7 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “XALQ.AZ”-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0686, 1 türk lirəsi 0.1960, 1 rus rublu 0.0233, 100 İran rialı 0.0040, 1 gürcü larisi 0.5393 manatdır.