Marixuana becərməyə icazə verildi

9

 

Florensiyada güc strukturlarının nəzarəti altında tibbi məqsədlərlə çətənə kolu becəriləcək.

Ölkənin müdafiə naziri Roberto Pinotti və səhiyyə naziri Beatris Lorenzin buna artıq öz razılıqlarını verib.

Marixuana sırf dərman istehsalı üçün becəriləcək, çünki İtaliyada onun qanuniləşdirilməsi hələ ki, nəzərdə tutulmayıb.

Əvvəllər bu dərmanlar xaricdən idxal olunduğu üçün baha başa gəlirdi. Məsələn, marixuana tərkibli dərmanlardan istifadə yolu ilə skelerozun bir kurs müalicəsi 700 avro qiymətində idi. İtaliyanın öz istehsalı olan bu tip dərmanlar artıq 2015-ci ildə istehsal olunacaq.