Masallı seçiciləri: “Uğurlu gələcək, İlhamla gələcək”

 

14

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası çərçivəsində respublikanın müxtəlif rayonlarında keçirilən kütləvi tədbirlər plana uyğun olaraq davam edir. Sentyabrın 20-də Milli Məclisin deputatı Nəriman Əliyev, Elmira Axundova və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin iştirakı ilə Yeyənkənd və Tüklə kəndlərində seçicilərlə görüşlər keçirilmişdir.

Sonra tədbir iştirakçılarından Xanverdiyev Balağa, kənd ağsaqqalı Əhmədov Mirhəsən və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu dəfə ki seçkilərdə də, YAP-ın qələbəsinə əmin olduqlarını, uğurlu gələcəyin İlham Əliyevlə gələcəyini bildirdilər.