Masallıda 13 yaşlı uşağın faciəli ölümü

OT

Masallıda qış tədarükü görən ailədə faciə yaşandı.

XALQ.AZ xəbər verir ki, 13 yaşlı uşaq ot daşıyan maşından yıxılıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsinin baş həkimi Firuddin Qəmbərovun verdiyi məlumata görə, hadisə səhər saat 09:30 radələrində qeydə alınıb.

Mahmudavar kənd sakini, Orxan Xalıq oğlu Babayev otla dolu yük maşında, ot tayalarının üzərində oturub. Lakin o müvazinətini itirərək hərəkətdə olan “ZİL” markalı yük maşınından düşüb.

13 yaşlı uşaq baş-beyin xəsarətləri aldığı üçün hadisə yerindəcə keçinib.