Masallıda 4 otaqlı ev kül oldu

Yangin

Masallıda 4 otaqlı ev yanaraq kül olub.

XALQ.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayon mərkəzindən 10 km aralıda yerləşən Çayqıraq kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m.olan 1 mərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.