Masallıda bazar yandı

Bazar

Bu gün səhər saatlarında Masallı rayonunda bazarda yanğın baş verib.

XALQ.AZ-ın məlumatına görə, hadisə Dadva kəndində yerləşən inşaat materialları satışı bazarında qeydə alınıb.

Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.Yanğınsöndürənlərin səyləri nəticəsində alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.

Çətinliklə də olsa yanğın söndürülüb.

Lakin mağaza və içindəki mallar yanaraq kül olub.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.