Masallıda dəhşətli yanğın

yangin

Masallı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

XALQ.AZ-ın məlumatına görə, yanğın rayonun Qızılağac kəndində, 1965-ci il təvvəllüdlü kənd sakini Məmmədov Azada məxsus həyət evində baş verib.

Hadisə zamanı ev sahibləri əkin sahəsində olduqları üçün yanğından gec xəbər tutublar.

Masallı rayon Yanğından Mühafizə Dəstəsi hadisə yerinə gəlib və yanğın söndürülüb. Yanğın zamanı 3 otaqlı kürsülü ev tamamilə yanıb kül olub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.